Bakı-Gəncə qatarında gedişhaqqı 2 dəfə artırıldı - RƏSMİ 

Bakı-Gəncə qatarında gedişhaqqı 2 dəfə artırıldı - RƏSMİ 

Hazırda oxunan: Bakı-Gəncə qatarında gedişhaqqı 2 dəfə artırıldı - RƏSMİ 

65490

Xəbər verdiyimiz kimi, sabahdan Bakı-Gəncə qatarının hərəkəti bərpa olunur. 

Bizim.Media "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) verilən məlumata görə, sürət qatarında gedişhaqqı artırılıb. 

Bildirilib ki, gedişhaqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb. 

"Gedişhaqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişindaşımada yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır", - deyə məlumatda qeyd olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO