Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın qeyri-neft sektoruna vurduğu ZƏRBƏ – Nə baş verir? 

Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın qeyri-neft sektoruna vurduğu ZƏRBƏ – Nə baş verir? 

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın qeyri-neft sektoruna vurduğu ZƏRBƏ – Nə baş verir? 

65349

Dünya Bankının verdiyi proqnoza görə, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın xaricə ixracına mənfi təsir göstərəcək. Bankın ekspertləri tərəfindən qeyd olunub ki, Azərbaycanın qeyri-neft ixracının o qədər də yüksək olmamasına baxmayaraq, Rusiyanın əsas ticarət tərəfdaşlarından biri olması, bu sferada azalmaları qaçılmaz edəcək.

Bəs, bu proqnozların reallaşması nə qədər realdır?

Sualı Bizim.Media üçün cavablandıran millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Rusiyanın Azərbaycanın qeyri-neft setorunda əsas tərəfdaşı olması bu proqnozları reallığa çevirə bilər: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın qeyri-neft ixracı ilə bağlı Mikayıl Cabbarovdan TVİT


“2021-ci ildə Azərbaycanın qeyri-neft ixracatı 47%-dən çox artaraq 2,7 milyard dollara çatdı. Bu müstəqillik dövründə ən yüksək göstərici idi. Eyni zamanda Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsulların 32,3%-i Rusiyaya göndərilir. Rusiya Azərbaycanın qeyri-neft ixracında ən böyük tərəfdaşıdır.

Rusiyada bir tərəfdən köçürmələrində məhdudiyyətlər, Rusiyanın aparıcı banklarının SWIFT-dən çıxarılması, eləcə də alıcılıqqabiliyyətinin aşağı düşməsi ilə bağlı gözləntilər bunu deməyə əsas verir ki, bütövlükdə Rusiyanın ümumi idxalında azalmalar olacaq. Bu azalmalar fonunda təbii ki, Azərbaycanın da Rusiyaya göndərdiyi qeyri-neft məhsullarının həcminin müəyyən qədər azalması mümkündür. Bu birbaşa, həm köçürmələrdəki məhdudiyyətlər, həm sanksiyalar, həm də alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edilir”.

Vüqar Bayramovun sözlərinə görə, azalmalara rəğmən Azərbaycan şirkətləri müəyyən fürsətlər də yaxalaya bilər:

“Lakin böhran həm də imkanlardır . Xüsusilə də, Qərb şirkətləri Avropa bazarlarından çəkildiyi üçün Azərbaycan şirkətləri üçün ixrac baxımından müəyyən imkanlar yarana bilər.

Ümumilikdə götürdükdə, gözlənti ondan ibarətdir ki, Rusiyanın idxalının azalması fonunda Azərbaycanın Rusiyaya qeyri-neft ixracatında da azalmaların olması da gözləniləndir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO