Rusiyadan Azərbaycana ötən il 986 milyon dollar pul köçürülüb

Rusiyadan Azərbaycana ötən il 986 milyon dollar pul köçürülüb

Hazırda oxunan: Rusiyadan Azərbaycana ötən il 986 milyon dollar pul köçürülüb

65086

2021-ci ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 986 mln. ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) yayıb.

Mənbə qeyd edir ki, bu, 2020-ci illə müqayisədə 9,4% çoxdur.

Hesabat dövründə bir köçürmənin orta məbləği 230 dollar təşkil edib. Azərbaycana yönələn transfertlərin 81%-i Rusiya rezidentləri tərəfindən göndərilib.

Təkcə IV rübə gəldikdə, oktyabr-dekabr aylarında Rusiyadan Azərbaycana 284 mln. dollar transfer olunub. Bu, III rüb ilə müqayisədə 1,1%, 2020-ci ilin analoji rübü ilə müqayisədə isə 31,5% çoxdur.
Qeyd edək ki, 2021-ci ildə Rusiyanın MDB ölkələrinə pul trasnfertləri siyahısında Azərbaycan dördüncüdür, lider isə Özbəkistandır (5,53 mlrd. dollar).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO