Rusiya sabah defolta düşə bilər - 30 gün möhlət veriləcək

Rusiya sabah defolta düşə bilər - 30 gün möhlət veriləcək

Hazırda oxunan: Rusiya sabah defolta düşə bilər - 30 gün möhlət veriləcək

65068

Rusiya Federasiyasının və şirkətlərinin xarici borcu 150 milyard dollara çatır və sabah defolt (Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi – red.) elan oluna bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Bildirilib ki, martın 16-da Rusiya Maliyyə Nazirliyi ödəniş valyutası göstərilməsə də, 117 milyon dolların ödənilməsi barədə əmr verib. Bu istiqrazların şərtlərinə əsasən, rublun istifadəsi uyğun deyil. 

Rusiya hökuməti deyir ki, bütün borclar ödəniləcək, lakin bu, müharibə səbəbindən tətbiq edilən sanksiyalara görə rublla olacaq. 

“Dollar əvəzinə yerli valyutada ödəniş edilməməsi və ya ödənilməməsi həm hökumətin, həm də Rusiya şirkətlərinin, o cümlədən Qazprom, Lukoil və Sberbankın əlində olan 150 milyard dollara yaxın xarici valyuta borcunun potensial defolt dalğasına səbəb olacaq” – deyə nəşrdə qeyd dilib. 
Lakin Rusiya martın 16-da defolt edərsə, texniki olaraq vəziyyəti düzəltmək üçün 30 günlük güzəşt müddəti var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO