Xarici mallara aksiz dərəcəsinin artırılması yerli məhsula necə təsir edəcək? – RƏY 

Xarici mallara aksiz dərəcəsinin artırılması yerli məhsula necə təsir edəcək? – RƏY 

Hazırda oxunan: Xarici mallara aksiz dərəcəsinin artırılması yerli məhsula necə təsir edəcək? – RƏY 

64966

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik Azərbaycan bazarında hansı tərəddüdlərə səbəb ola bilər?

Bizim.Media xəbər verir ki, tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcəsində artım olub. Həmçinin Azərbaycana gətirilən alkoqollu içkilərin aksiz dərəcəsi artırılıb.

İqtisadçı-ekspert Elçin Rəşidov qeyd edir ki, idxal olunan məhsullarda aksiz dərəcələrinin artması bazarda da ona uyğun adekvat qiymətlərdə dəyişiklik edəcək.

“İstehlakçıların ödəyəcəyi qiymət akzis vergiləri miqdarı qədər olmasa da, ona yaxın bir miqdarda artacaq. Hal-hazırda tütün məmulatları, spirtli içkilər üzrə akzis dərəcələrinin qalxması əvvəlki qiymətin 10-20%-i qədərdir”.
 

MÖVZU İLƏ BAĞLI:

Alkoqollu içkilərlə bağlı aksiz QİYMƏTLƏRİ ARTIRILDI


Ekspert bu rəqəmin bazarda çox da ciddi dəyişiklik yaratmayacağını bildirib.

“Məsələnin istehlakçılara, habelə büdcəyə təsiri nisbətən az olacaq”.

Amma Elçin Rəşidov yerli rəqabətin kəskinləşməsini müşahidə edir.

“İdxal olunan məhsullara qoyulan aksiz vergiləri, xüsusən şərab məhsulları üzrə, ən çox yerli istehsalçılara müsbət təsir edəcək. Çünki bazar rəqabətində həmin kiçik məbləğ yerli şirkətlərin mənfəətinin yaranması üçün nisbətən təkan vermiş olur”.

Ekspert son olaraq əlavə edib ki, yerli bazarda keyfiyyət rəqabəti olduğu kimi qalsa da, qiymət rəqabəti yerli məhsulların istehsalını daha da fəallaşdıracaq.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO