Azərbaycanla Türkiyə arasında yeni protokol imzalandı – FOTO

Azərbaycanla Türkiyə arasında yeni protokol imzalandı – FOTO

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında yeni protokol imzalandı – FOTO

64649

Martın 14-də Bakıda İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında "Yaşıl Kart" sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokolunun imzalanması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, sənədi İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov və Motorlu Taşıt Bürosunun direktoru Mehmet Akif Eroğlu imzalayıb.

Qeyd olunur ki, protokol Azərbaycanla Türkiyə arasında sərhəd məntəqələrinin keçidi prosedurunu sadələşdirəcək və sürətləndirəcək, eləcə də saxta sənədlərin istifadəsinin qarşısının alınmasına xidmət edəcək.

Bundan başqa, sistemin inteqrasiyasından sonra "Yaşıl Kart" sığorta polislərinin satışı və əldə olunması proseduru sadələşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO