Azərbaycanla Qətər arasında işgüzar şura yaradılacaq 

Azərbaycanla Qətər arasında işgüzar şura yaradılacaq 

Hazırda oxunan: Azərbaycanla Qətər arasında işgüzar şura yaradılacaq 

64400

Azərbaycan ilə Qətər birgə işgüzar şura yaratmaq niyyətindədir. 

Bizim.Media “Gulf Times”-a istinadən xəbər verir ki, Dohada keçirilən Beynəlxalq kənd təsərrüfatı və ətraf mühit sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin sədri Orxan Məmmədov (KOBİA) ilə Qətər Ticarət və Sənaye Palatası sədri şeyx Xəlifə bin Casim əl Tani arasında müzakirə olunub. 

Görüşdə iki ölkə arasında iqtisadi və ticari əlaqələrin cari vəziyyəti və daha da genişləndirilməsi, hər iki ölkədə sərmayə mühitinin yaratdığı imkanlara dair fikir mübadiləsi aparılıb. 

İki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirən şeyx Xəlifə bin Casim bildirib ki, qətərli iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatında mövcud olan sərmayə imkanlarına maraq göstərirlər. 

Palata rəhbəri qətərli sahibkarları Azərbaycana sərmayə qoymağa həvəsləndirdiklərini, iki ölkə arasında ümidləri hələ də doğrultmayan ticarət dövriyyəsini artırmağa yönələn hər cür addımları dəstəklədiklərini diqqətə çatdırıb. 
KOBİA rəhbəri yaradılacaq işgüzar şuranın iki ölkə iş adamları arasında əməkdaşlığı artırmaq, Qətər sərmayəsinin Azərbaycana cəlb etmək baxımdan faydalı olacağını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO