Azərbaycanla Qazaxıstan arasında aviareyslərin sayı artırılacaq

Azərbaycanla Qazaxıstan arasında aviareyslərin sayı artırılacaq

Hazırda oxunan: Azərbaycanla Qazaxıstan arasında aviareyslərin sayı artırılacaq

64011

Azərbaycan və Qazaxıstan aviareyslərin sayını artırmaq niyyətindədir. 

Bizim.Media Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) müzakirəsi zamanı məlum olub. 

Tərəflər, həmçinin 2022-ci ildə TBNM ilə daşınması proqnozlaşdırılan yük həcmlərini, dəmir yollarının hissələri və Xəzər dənizi üzrə buraxılış qabiliyyəti, əlavə yük axınlarının istiqamətləndirilməsi şərtləri, “Orta dəhliz”in və birgə müəssisələrin yaradılması məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, noyabrın 7-dən etibarən Qazaxıstan və Azərbaycan arasında həftənin cümə axşamı və bazar günləri Almatı - Bakı - Almatı marşrutu üzrə uçuşlar həyata keçirilir.  

Fevralın 18-dən isə Bakı - Aktau – Bakı marşrutu üzrə uçuşlar həyata keçirilir. Aviareyslər həftənin çərşənbə axşamı, cümə və bazar günləri həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO