Maliyyə sektorunun aktivləri 15% artıb

Maliyyə sektorunun aktivləri 15% artıb

Hazırda oxunan: Maliyyə sektorunun aktivləri 15% artıb

63856

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri 52,6 milyard manat təşkil edib. 

Bizim.Media hökumətin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,6% çoxdur. 

Hesabat tarixinə sektorun aktivlərinin 73,1%-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 69,9% olub.

Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 27,1%-dən 24,2%-ə, sığorta şirkətlərinin payı 2,9%-dən 2,5%-ə düşüb, əvəzində investisiya şirkətlərinin payı 0,1%-dən 0,2%-ə çatıb. 
Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO