Azərbaycanda 162 min vergi ödəyicisinin icra sərəncamları dayandırılıb – ÖTƏN İL

Azərbaycanda 162 min vergi ödəyicisinin icra sərəncamları dayandırılıb – ÖTƏN İL

Hazırda oxunan: Azərbaycanda 162 min vergi ödəyicisinin icra sərəncamları dayandırılıb – ÖTƏN İL

63832

Ötən il Dövlət Vergi Xidməti tərəfindən 162 min vergi ödəyicisinin icrası müvəqqəti dayandırılan sərəncamlarının karantin müddəti bitənədək göndərilməməsi üçün proqram təminatında müvafiq düzəlişlər edilib.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Sənədə əsasən, 4,3 min vergi ödəyicisinin bank hesabının açılmasına əməli köməklik göstərilib.

Pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələrinin əhatə dairəsinə düşən şəxslərə (təxminən 372,3 min vergi ödəyicisinə) vergilər və məcburi dövlət sosial sığorta haqlarına görə hesablanmış faiz va penyalar 2020-ci il aprelin 1-dən sonrakı dövr üçün azaldılmış və 2021-ci il yanvarın 1-dək hesablanması dayandırılıb.

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda bir sıra kateqoriya fiziki şəxslərin sosial sığorta yükünün azaldılması məqsədi ilə Vergi Məcəlləsində və "Sosial sığorta haqqında" Qanununa edilmiş əlavə və dəyişikliklər baradə ünvanlı qaydada 395 mindən artıq vergi ödəyicisinin elektron kabinetinə, ümumilikdə 621 mindən artıq məktubların göndərilməsi təmin edilib.

"Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair vergi ödəyicilərinin elektron kabinetlərinə göndərilmiş, elektron kabineti olmayan 1,9 min vergi ödəyicisinə məlumatların poçtla göndərilməsi təmin edilib.

Ölkədə pandemiyanın davam etdiyi müddət ərzində vergi ödəyicilərin xidmət mərkəzlərində onlayn növbə əsasında 480 minə yaxın vergi ödəyicisi və ya vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi qəbul olunaraq onlara 113 mindən çox sayda xidmət göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO