Neft qiymətlərinin artması Azərbaycana hansı zərərləri vura bilər? – TƏHLİL 

Neft qiymətlərinin artması Azərbaycana hansı zərərləri vura bilər? – TƏHLİL 

Hazırda oxunan: Neft qiymətlərinin artması Azərbaycana hansı zərərləri vura bilər? – TƏHLİL 

63828

“Dünya bazarlarında neft qiymətlərinin artması Azərbaycanın valyuta gəlirlərinin artması baxımından arzuolunandır. Nəzərə alsaq ki, Azərbaycan ixracatının 80%-ni neft və neft məhsulları təşkil edir, bu da nəticə etibarilə dövlət gəlirlərimizin artmasına xidmət edir. Xatırladaq ki, 2022-ci ilin dövlət büdcəsində neftin bir bareli 50 dollardan hesablanıb. Hazırda isə, qiymət 130 dollardan yüksəkdir. Bu da nəticə etibarılə büdcə gəlirlərinin formalaşması baxımından, həm də dövlət ehtiyatlarımızın artması baxımından vacibdir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 1038 neft quyusu qazılıb - Son 15 ildə 


Belə ki, “Azeri Light” neftinin dünya bazarında 136 dollara çatmasına və bunun Azərbaycan iqtisadiyyatına təsirlərinə münasibət bildirən deputat qiymətlərin yüksək olmasının Azərbaycanın strateji valyuta ehtiyatlarının 55 milyarda qədər yüksəlməsinə gətirib çıxaracağının proqnozlaşdırdığını qeyd edib.

Lakin...

“Amma eyni zamanda neftin qiymətinin yüksək olması dünya bazarında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinə də təsir göstərir. Bu Azərbaycan üçün idxal inflyasiyası deməkdir. Xaricdən idxal olunan məhsullara ayrılan xərclərə təsir göstərir”, - deyə Vüqar Bayramov vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan strateji məhsullardakı qiymət artımının təsirlərini minimuma endirmək üçün işləri davam etdirir:

“Bu, prioritet məsələlərdəndir. Bununla belə, neftin qiymətlərinin artması idxal olunan məhsulların xərc və qiymətlərinə təsir göstərir. Xüsusən də, bu birbaşa enerjidən istifadə olunmaqla istehsal olunan məhsulların maya dəyərində artıma gətirib çıxarır. O baxımdan, neft qiymətlərinin artması bir tərəfdən dövlət gəlirlərimizin artmasına zəmin yaradırsa, digər tərəfdən bu, dünya bazarındakı qiymət artımları fonunda idxal inflyasiyasının güclənməsinə gətirib çıxara bilər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO