Dünyada təbii qaza tələbatın kəskin artdığı bir dövrdə yeraltı qaz anbarlarının strateji əhəmiyyəti bir daha ortaya çıxır.
SOCAR-ın da Qalmaz və Qaradağ olmaqla iki yeraltı qaz anbarı mövcuddur və bu anbarların ümumi həcmi 3.5 milyard kubmetrə bərabərdir.
Bu barədə SOCAR-dan Bizim.Media-ya bildirilib.
MÖVZU İLƏ BAĞLI:
SOCAR-dan Ukraynada pulsuz yanacaq verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
"Azərbaycanın illik qaz istehlakının 13 milyard kubmetr olduğu diqqətə alınarsa, ölkəmizdə daxili tələbatın təqribən 30%-i nisbətində təbii qaz saxlama tutumu mövcuddur. Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkələrini üstələyir. Hazırda yeraltı qaz anbarlarının həcminin 5 milyard kubmetrə çatdırılması istiqamətində işlər aparılır", - məlumatda deyilir.
Bizim.Media