"Instagram" Azərbaycanda liderliyə yüksəldi – İLK DƏFƏ 

Hazırda oxunan: "Instagram" Azərbaycanda liderliyə yüksəldi – İLK DƏFƏ 

62713

Bu ilin fevral ayında Azərbaycanda "Instagram" istifadəçilərinin fəallığı yanvar ayı ilə müqayisədə 17,5 faiz artıb. 

Bizim.Media "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu ilin martın 1-nə "Instagram"ın Azərbaycanın sosial media bazarında payı 28% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 5,7 faiz çoxdur. 

Populyarlığına görə "Instagram" ölkənin sosial media bazarında ilk dəfə olaraq birinci yeri tutub. 
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Facebook" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 22,8 faiz azalıb.  

"YouTube" isə Azərbaycanın sosial media bazarında 19,8% bazar payı ilə 3-cü yerdə qərarlaşıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz azdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO