Rusiya-Ukrayna müharibəsi ölkədə TAXTA QITLIĞI yaratdı – Qiymətlər BAHALAŞDI

Rusiya-Ukrayna müharibəsi ölkədə TAXTA QITLIĞI yaratdı – Qiymətlər BAHALAŞDI

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsi ölkədə TAXTA QITLIĞI yaratdı – Qiymətlər BAHALAŞDI

62566

Azərbaycanda tikintidə istifadə edilən ağac məmulatları əsasən Rusiyadan, konkret desək Murmansk vilayətindən gətirilir. Tikinti bazarında çalışan satıcıların bildirdiyinə görə Rusiya-Ukrayna müharibəsi başlayandan sözügedən məhsulların ölkəmizə idxalı dayandırılıb.

Dediklərinə görə həmin məhsulların Azərbaycana nə vaxt gətiriləcəyi müddət də bəlli deyil. Bu səbəbdən daxili bazarda ağac məmulatları və taxtanın qiyməti süni olaraq bahalaşıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli taxta idxalının dayandırılmasının Rusiyadan qaynaqlandığı ilə razılaşmayıb:

“O məhsulların gətirilməməsinə inanmıram. Bilirsiz ki, Azərbaycanda bu cür idxal məhsulları monopoliyadadır. Həmin məlumat dezinformasiya ola bilər. Bu gün Rusiya tərəfi ixracda çox ciddi maraqlıdır. Bununla yanaşı rus rublu dəyər itirdiyinə görə idxalçılar qazanc əldə edir. Bir ölkənin milli valyutası dəyər itirirsə, nə qədər qiymətlər qalxsda da, ora azərbaycanlılar mal gətirməyə dollarla gedir. Sahibkarlar isə bu məsələdə uduzmurlar”.

Ekspertin fikrincə hazırda münaqişə ilə bağlı yaranan problem Rusiyada məhsul ixracını stimullaşdırmalıdır:

“Rusiya hökuməti hər vəchlə çalışır ki, onun iqtisadi tərəfdaşları ondan məhsul idxalını dayandırmasınlar, əksinə genişləndirsinlər. Hansı maraqla Rusiya bu gün taxta məmulatlarını dayandırar? Sadəcə olaraq əhalinin panik şəraitindən istifadə edilərək taxtanın qiymətini qaldırmaq istəyirlər. Əslində isə Rusiyanın ixrac etdiyi bütün məhsulların qiyməti ucuzlaşmalıdır. Bu, iqtisadi nəzəriyyədir və bundan heç kim kənara çıxa bilməz”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda pul bazası fevralda da azaldı


Xatırladaq ki, ötən il iyulun 1-dən etibarən Rusiyada kobud emal olunmuş bir sıra ağac növlərinin ixracına qoyulan rüsumun məbləği 10% artırılmışdı. Həmin artım ilin sonunadək qüvvədə oldu. 

O səbəbdən sözügedən məhsulların qiymətində ciddi artım müşahidə olundu.

Belə ki, kəsilmiş taxtanın bir kubmetrinin qiyməti ötən ilin yanvar ayında 331.17 manata, fevral ayında 336.23 manata, mart ayında 339.79 manata, aprel ayında isə 353.89 manata olub. Aprel ayında ilin əvvəli ilə müqayisədə qiymət 22.72 manat bahalaşmışdı. Aprel ayında isəqiymət mart ayı ilə müqayisədə 14.10 manat, yaxud 4,15 faiz bahalaşmışdı.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO