Azərbaycan peyk xidmətlərinin ixracını 1% artırıb

Azərbaycan peyk xidmətlərinin ixracını 1% artırıb

Hazırda oxunan: Azərbaycan peyk xidmətlərinin ixracını 1% artırıb

62382

Bu ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 29 ölkəsinə 2 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Bizim.Media xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 1% çoxdur.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83%-ni təşkil edib.

2022-ci ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 0,5 mln. dollar ilə Birləşmiş Krallıq, 0,4 mln. dollar ilə ABŞ, 0,4 mln. dolları ilə Fransa, 0,2 mln. dollar ilə BƏƏ, 0,1 mln. dollar ilə Pakistan qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO