"Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın Ukraynadakı törəmə şirkəti (SOCAR Energy Ukraine) normal rejimdə işləyir".
Bizim.Media bu barədə şirkətə istinadən məlumat verir.
"Hələ kifayət qədər yanacaq ehtiyatı var, bəzi yanacaqdoldurma məntəqələrində fasilələr ola bilər. Biz mümkün olan hər şeyi edirik ki, hamı üçün kifayət qədər yanacaq olsun", - şirkətin açıqlamasında bildirilir.
Qeyd edək ki, SOCAR Ukraynada 2009-cu ilin dekabrında yaradılan “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə fəaliyyət göstərir.
Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışıdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:47 / 25.02.2022
Adi rejimdə işləyirik, hələ yanacaq ehtiyatımız var - “SOCAR Ukraine”
Hazırda oxunan: Adi rejimdə işləyirik, hələ yanacaq ehtiyatımız var - “SOCAR Ukraine”
Hazırda oxunan: Adi rejimdə işləyirik, hələ yanacaq ehtiyatımız var - “SOCAR Ukraine”
61847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.