Havalar tam isinməsə də, bağ evlərinə maraq artıb. Xüsusilə də, ali və orta məktəblərin tətilə bağlanmasından sonra ənənəvi olaraq bağlara axın başlayacaq. Bu axınsa bağ evlərinin kirayə haqqının və alq-satqı qiymətlərinin artmasına səbəb olacaq.
Nə qədər artım gözlənilir?
Mövzunu Bizim.Media üçün şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, bağ mövsümünün başlanması ilə əlaqədar olaraq mənzil bazarında müəyyən canlanma baş verir:
“Bu canlanma həm də quru sərhədlərimizin bağlı olmasıyla bağlıdır. Quru sərhədlərimizin bağlı olması səbəbi ilə bir çox insanlar xaricə səfər etməkdənsə Xəzərin sahilində, bağ evlərində dincəlməyə üstünlük verir. Bundan əlavə, mövcud iqtisadi vəziyyət, manatın alıcılıq qabiliyyəti, infilyasiya və daşınmaz əmlak bazarında qiymət artımı, ən nəhayət investisiya baxımından bağ evlərinin cazibədarlığı bağ evləri seqmentinə təsir göstərir.
Ötən illə müqayisədə bu il bağ evlərinin satış qiymətləri 10-12 faiz, kirayə qiymətlərində isə ortalama 20 faizə qədər bahalaşma var. Doğrudur, bağ evlərinin alqı-satqısında aktivlik yüksək səviyyədə deyil. Amma torpağın artan qiyməti və tikintiyə çəkilən xərclərin böyüklüyü istər-istəməz bahalaşmaya səbəb olur.
Ehtimal edilir ki, kirayə bazarında bundan sonra daha 10 faiz bahalaşma ola bilər. Satış bazarında isə bundan sonra qiymətlər 3-5 faiz civarında bahalaşa bilər. Bəlkə də satış qiymətində müəyyən sabitlik yarana bilər. Bununla belə, mövsüm ərzində həm kirayə, həm də satılıq bağ evlərinin qiymətində artım qaçılmazdır”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 05.06.2026
İstirahətini bağ evində keçirmək istəyənlərin NƏZƏRİNƏ – Qiymətlər nə qədər artıb?
Hazırda oxunan: İstirahətini bağ evində keçirmək istəyənlərin NƏZƏRİNƏ – Qiymətlər nə qədər artıb?
Hazırda oxunan: İstirahətini bağ evində keçirmək istəyənlərin NƏZƏRİNƏ – Qiymətlər nə qədər artıb?
617217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































