Azərbaycanla AİB arasında əməkdaşlıq müzakirə edildi

Azərbaycanla AİB arasında əməkdaşlıq müzakirə edildi

Hazırda oxunan: Azərbaycanla AİB arasında əməkdaşlıq müzakirə edildi

61575

Fevralın 23-də maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycan üzrə İcraçı direktor Antoni Makdonald ilə video-konfrans formatında görüş keçirib.

Maliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb, əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan sonra azad edilmiş ərazilərin bərpa və yenidən qurulması, COVID-19 pandemiyası ilə mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Asiya İnkişaf Bankından Azərbaycan iqtisadiyyatı ilə bağlı PROQNOZ


Öz növbəsində, Antoni Makdonald hökumətin pandemiya dövründə riskləri düzgün təhlil edərək həyata keçirdiyi qabaqlayıcı tədbirləri və bu günədək COVID-19-la mübarizə sahəsində görülən işləri, habelə 2021-ci ildə əldə olunan iqtisadi artımı qeyd edərək, Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyini, əldə olunan nailiyyətləri müsbət qiymətləndirib.
Tərəflər pandemiya ilə mübarizənin növbəti mərhələsində əsas prioritetlər, bankın iqlim dəyişmələrinə qarşı mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsi təşəbbüsləri, yenidən işlənmiş enerji siyasətinin icrası və bir sıra təşkilati təşəbbüslər barədə də fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO