Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi genişləndiriləcək - FOTO

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi genişləndiriləcək - FOTO

Hazırda oxunan: Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi genişləndiriləcək - FOTO

61542

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlıq və ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirakı qeyd olunub. Vurğulanıb ki, dövlət başçısı Dünya İqtisadi Forumu ilə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət göstərir.

Nazir qeyd edib ki, Dünya İqtisadi Forumu, eləcə də Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlığın uğurlu nəticəsi olaraq, Şəbəkənin Azərbaycan Mərkəzi fəaliyyətə başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

IV Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb - FOTO 


Mikayıl Cabbarov davamlı və dayanıqlı inkişafın Dördüncü Sənaye İnqilabının (4Sİ) tələbləri ilə sıx əlaqəli olduğunu diqqətə çatdırıb.

Görüşdə 4Sİ texnologiyaları və rəqəmsal iqtisadiyyat haqqında məlumatlılığın artırılmasının, bu sahədə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının önəmi diqqətə çatdırılıb.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende təşkilatın Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib, ölkəmizin inkişafının qlobal çağırışlarla uzlaşdığını vurğulayıb.

Qeyd olunub ki, Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması bu sahədə aparıcı ölkələrlə tərəfdaşlığın inkişafına, 4Sİ texnologiyalarının tətbiqinin genişlənməsinə şərait yaradacaqdır.

Tərəflər Dünya İqtisadi Forumu ilə əlaqələrin gücləndirilməsi, 4Sİ texnologiyaları sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO