Azərbaycanda bank sektorunun aktivləri artdı

Azərbaycanda bank sektorunun aktivləri artdı

Hazırda oxunan: Azərbaycanda bank sektorunun aktivləri artdı

61313

Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 37 milyard 982,3 milyon manat təşkil edib. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə 18,9 % çoxdur. 

Bankların aktivlərinin 15 632,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,9 %-dən 41,2 %-ə yüksəlib. 

Hesabat dövründə bank sektorunun öhdəlikləri 21% artaraq 32 954,3 milyon manata, o cümlədən depozit portfeli 32,9 % artaraq 26 954,0 milyon manata çatıb.

Bunun 9 456,9 milyon manatı fiziki, 17 497,1 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 17 %, şirkətlərin banklardakı vəsaitləri isə 43,3 % artıb. 
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 15,2 % azalaraq 317,3 milyon manat olub. Sektorun balans kapitalı isə 6,5% artaraq 5 028,0 milyon manat təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO