Azərbaycanda rəqəmsal ödəniş strategiyasının hədəfləri açıqlandı - Bu il üçün

Azərbaycanda rəqəmsal ödəniş strategiyasının hədəfləri açıqlandı - Bu il üçün

Hazırda oxunan: Azərbaycanda rəqəmsal ödəniş strategiyasının hədəfləri açıqlandı - Bu il üçün

0:00
0:00
61241

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-2023-cü illər üçün rəqəmsal ödəniş strategiyasının hədəflərinə uyğun olaraq, bu il üçün hədəflərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir. 

Sənədə əsasən, bu il, aşağıdakı istiqamətlər üzrə tədbirlər davam etdiriləcəkdir: 

- ödəniş və informasiya sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi; 

- bank olmayan ödəniş xidməti təchizatçılarının nəzarət çərçivəsinin yaradılması; 

- Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi; 

- Ani Ödəniş Sisteminin əhatə dairəsinin genişləndirilməsi; 

- rəqəmsal ödənişlər üzrə təşviqat və təbliğat tədbirlərinin genişləndirilməsi. 

Eyni zamanda, qeyd edilən strategiyanın və müasir dövrün tələblərinə uyğun olaraq, rəqəmsal bankçılıq üzrə indikator göstəricisinin 2022-ci il üçün 80 %-ə, ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisinin isə 40 %-ə çatdırılması hədəflənib. 

Ötən il Azərbaycanda bank kartları ilə 38 milyard manatlıq ödəniş aparılıb, onun da 11,5 milyard manatlıq (30,3 %) hissəsi nağdsız ödənişlərdir. Bu isə 1 il əvvələ nisbətən 79,6 % çoxdur.
Aparılan köçürmələrin say üzrə 80 %-i (60,4 milyon ədəd), həcm üzrə isə 73 %-i (163,1 milyard manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO