Nağdsız valyuta bazarındakı əməliyyatların həcmi artıb – Mərkəzi Bank 

Nağdsız valyuta bazarındakı əməliyyatların həcmi artıb – Mərkəzi Bank 

Hazırda oxunan: Nağdsız valyuta bazarındakı əməliyyatların həcmi artıb – Mərkəzi Bank 

60784

2021-ci ildə Azərbaycanın nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 7,4% artaraq 27,8 mlrd. ABŞ dolları ekvivalentində olub. 

Bizim.Media-nın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, nağdsız valyuta əməliyyatlarının 86,4%- i ABŞ dollarında, 13,6%-i isə digər valyutalarda aparılıb.

Valyuta əməliyyatlarının 29,7%-i banklararası valyuta bazarında (BVB), 70,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. 

İl ərzində BVB-də əməliyyatların 99,5%-i ABŞ dollarında, 0,5%-i avroda aparılıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 19,5 mlrd. dollar ekvivalentində olubki, bunun da 80,9%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 95,2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. 

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 21,5% azalaraq 4 mlrd. ABŞ dolları ekvivalentində olub.

Bunun 85%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd xarici valyuta ilə əməliyyatların həcminin azalması hesabat ilində de-dollarlaşma proseslərinin getməsilə izah edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO