Zəngəzur dəhlizi ÜDM-i 1 trilyon dollardan çox olan türk dövlətlərini birləşdirəcək 

Zəngəzur dəhlizi ÜDM-i 1 trilyon dollardan çox olan türk dövlətlərini birləşdirəcək 

Hazırda oxunan: Zəngəzur dəhlizi ÜDM-i 1 trilyon dollardan çox olan türk dövlətlərini birləşdirəcək 

60706

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2020-ci ildə 4,4 mlrd. ABŞ dollarına çatıb. 

Bizim.Media xəbər verir ki, bunu "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdurilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" adlı konfransda çıxış edən Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. 

Onun sözlərinə görə, Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9% təşkil edir. 

"Əlbəttə, ölkələrimiz arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün geniş potensial mövcuddur. 30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağ bölgəsi indi regionda formalaşan yeni geosiyasi mənzərə çərçivəsində yeni imkanlar açır.
Türk dünyasının birləşməsi rolunu oynayacaq Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək bir dəhlizdən gedir", - deyə O. Məmmədov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO