Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

Hazırda oxunan: Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

606807

Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qərar imzalayıb.
 

Qeyd olunub ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:


"Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;

"Petrol" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;

"General" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.
 

Nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.


Qərar iyunun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, interçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından (ekvayrinq) banklar tərəfindən bölünür və loyallıq proqramları (keşbek) üçün istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO