Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Hazırda oxunan: Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

606362

Azərbaycanda 2026-cı ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

Mərkəzi Bankın hesabatına görə 2026-cı ilin yanvar-fevral ayları ərzində bu növ sığorta üzrə yığımlar 5 milyon 056 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 858 min manat və ya 3,9 dəfə azdır. 2025-ci ilin eyni dövründə bu göstərici 19 milyon 914 min manat təşkil edib.

Cari dövrdə bu növ sığorta ödənişləri 435 min manat təşkil edib ki, bu da illik müqayisədə 232 min manat və ya 34,8% azdır. Ötən ilin eyni dövründə 667 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 8,6% təşkil edib. 2025-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 3,3% təşkil etmişdi.

Bəs daşınmaz əmlakın icbari tibbi sığortası üzrə ödənişlər niyə kəskin azalıb?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, bu fərq yəqin ki, sonrakı aylarda  aradan qalxacaq:

“O ki, qaldı fərqin ilin əvvəlində bu qədər böyük olmasına, bunun da müəyyən səbəbləri var. Ola bilsin ki, ötən ilin əvvəllərində kimlərsə ipoteka sığortası ilə əmlak əldə edib. Sığorta müqaviləsi uzun müddətli olduğu üçün hər il yenilənmir.
 

Digər səbəbsə odur ki, bəzi sahibkarlar ola bilsin, keçən il qeyri-yaşayış obyektlərində fəaliyyət göstəriblər. Amma bu il həmin sahibkarlar obyektləri təhvil verib, onlayn rejimə keçiblər. Belə olan halda keçən il sığortalanan qeyri-yaşayış obyekti bu il sığortalanmır.


Başqa bir səbəbsə o ola bilər ki, keçən il kimlərsə əmlakını sığortalayıb. Lakin sığorta müddəti bu il bitib. Sahibkarsa obyektin yenidən sığortalanmasını bir qədər ləngidir.

Yəni daşınmaz əmlak bazarının icbari sığortası üzrə yığımlarının azalmasının səbəbləri çoxdur. Amma ən qəti fikri ilin sonunda aparılacaq təhlil hesabına söyləmək olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO