Azərbaycanın neft ixracından gəlirləri kəskin artıb

Azərbaycanın neft ixracından gəlirləri kəskin artıb

Hazırda oxunan: Azərbaycanın neft ixracından gəlirləri kəskin artıb

60614

Bu ilin yanvarında Azərbaycan xaricə 2 031 435,6 min ABŞ dolları dəyərində 3 505 551,96 ton xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,7% azalsa da, dəyəri 49,4% artıb.

Qeyd edək ki, ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO