Neftin qiymətində REKORD ENİŞ - FOTO

Neftin qiymətində REKORD ENİŞ - FOTO

Hazırda oxunan: Neftin qiymətində REKORD ENİŞ - FOTO

605801

ABŞ prezidenti Donald Trampın İranla bağlı iki həftəlik atəşkəs ehtimalına dair açıqlamaları fonunda neft qiymətləri kəskin ucuzlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Eyni zamanda Amerika fond indeksləri üzrə fyuçerslər yüksəlib.

Məlumata görə, ABŞ neftinin qiyməti 8% azalaraq təxminən bir barel üçün 103 dollara düşüb. Bununla yanaşı, S&P 500, Nasdaq 100 və Dow Jones indeksləri üzrə fyuçerslərdə ciddi artım qeydə alınıb.
 

Eyni zamanda, Londonun ICE birjasında Brent markalı neftin qiyməti ticarətin əvvəlində 17%-dən çox ucuzlaşaraq bir barel üçün 90 dollar səviyyəsinə enib. Bu, 1991-ci il Körfəz müharibəsindən bəri neft bazarında müşahidə olunan ən böyük bir günlük sərbəst eniş kimi qiymətləndirilir.


Qeyd edək ki, bu gün ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Həm ABŞ Prezidenti Donald Tramp, həm də İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmanı təsdiqləyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO