“Faizsiz kredit”də REALLIQ – Marketinq hiyləsi kimlərə sərf edir?

“Faizsiz kredit”də REALLIQ – Marketinq hiyləsi kimlərə sərf edir?

Hazırda oxunan: “Faizsiz kredit”də REALLIQ – Marketinq hiyləsi kimlərə sərf edir?

605706

Satış reklamlarında müştərilərə “0 faiz kredit”, yaxud “faizsiz kredit” kimi təkliflər, artıq illərdir ki, mövcuddur. Məxsusi olaraq belə kampaniyaları gözləyib bayram günlərində texniki mağazaların önündə sadə vətəndaşlar növbə yaradırlar.

Bəs bu təkliflər həqiqətən də deyildiyi kimi şəffafdırmı?

İlk baxışdan faydalı görünən bu şirnikləndirici təklif əslində “alan razı, satan razı” prinsipi üzərində qurulur, yəni hər iki tərəf üçün əlverişlidir.

İqtisadçı Müşfiq Nuriyev məsələni Bizim.Media-ya belə açıqladı ki, “0 faiz”in bir adı da “gizli kredit”dir. Yəni “faizsiz” o demək deyil ki, vətəndaş əlavə nəsə  ödəməyəcək.

“İlk ağla gələn sual o olur ki, bu kampaniyalar mağazalara ya banklara sərf edirmi? Bundan nə qazanc götürürlər?

Belə kampaniyalarda komissiya və xidmət haqları elə əlavə ödənişdir. Məsələn, nağd qiyməti 800 manat olan telefon faizsiz kreditlə 1000 olur. Komissiya haqqından əlavə sığorta tutulur. Bunların ödənişi banka əlavə qazanc verir. Bundan başqa gecikmə cərimələri də tətbiq olunur”

Təbii ki maliyyə savadı olan müştərilər bütün bunlardan xəbərdar olmamış deyil. Amma istənilən halda bu təkliflərdən yararlanır.

Bəs həqiqətən sərf edən hallar varmı?

İqtisadçı bunun o halda mümkün olduğunu deyir ki, kampaniya mağazanın özü tərəfindən təşkil olunsun və nağd qiymətin üzərinə əlavə heç bir komissiya haqqı gəlməsin.

“Nağd qiymətlə fərq yaranmırsa, bu kampanyanı həqiqətən də vətəndaşa “bayrampayı” hesab etmək olar. Qalan hallarda isə alıcılarda maraq yaratmaq üçün sadə marketinq hiyləsidir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO