Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur – Bahalaşma gözlənilir?

Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur – Bahalaşma gözlənilir?

Hazırda oxunan: Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur – Bahalaşma gözlənilir?

605460

Yaxın Şərqdə baş verən hərbi gərginlik, enerji bazarlarındakı dəyişikliklər qlobal iqtisadiyyata öz təsirini göstərir. Xüsusilə son zamanların əvəzolunmazı sayılan internet-ticarətdən yan ötüşmür. Azərbaycanlı istifadəçilər arasında da geniş yayılmış Trendyol və Temu kimi platformalarda qiymətlərin dəyişib-dəyişməyəcəyi hazırda əsas müzakirə mövzusudur. Çünki son illər vətəndaşların “əlinə-qoluna” çevrilən münasib, əlçatan onlayn sifarişlər indi bahalaşma riski altındadır.

İqtisadçı Elşad Kərimov bahalaşma gözləntisi ilə bağlı Bizim.Media-ya bildirib ki, Yaxın Şərqdə gərginlik davam etdikcə neft bahalaşır, bunun nəticəsi olaraq yanacaq xərcləri artır, valyuta məzənnəsi dəyişir, daşınma bahalaşır:

“Bu əlbəttə ki, e-ticarətə də təsirini göstərəcək. İlk mərhələdə qiymət artımı dərhal gözlənilmir. Bəzi şirkətlər alıcı itirməsin deyə xərcləri bir müddət öz üzərinə götürə bilər. Xüsusilə Amazon kimi böyük platformalar qiymət artımını gecikdirmək üçün alternativ logistik marşrutlardan istifadə edəcək”.

Konkret olaraq Trendyol və Temuda qiymət artımına gəlincə ekspert bunun mümkün olduğunu bildirir. Onun sözlərinə görə bundan başqa çatdırılma da gecikə bilər:

“Hazırda qiymət artımından əlavə dolayı təsir, yəni  gecikmə əsas narahatlıqlardandır. Qiymətlərdə çox böyük dəyişim gözlənilmir. Ola bilsin ki xidmət haqqı kimi təqdim olunan cüzi fərqlər özüzü göstərə bilər. Həm də belə ticarət şəbəkələri ayrı-ayrı şirkətlərlə əməkdaşlıq edir. Qiymət siyasətinə şirkətlərin strategiyasından asılı olaraq fərdi yanaşma ola bilər”. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO