Bu ilin yanvar ayı ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 3,3% və 64,8% artıb.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 16 mln. ton yük daşınıb.
Yüklərin 2,8%-i dəniz, 7,7%-i dəmir yolu, 0,4%-i hava, 53,9%-i avtomobil nəqliyyatı, 35,2%-i isə boru kəməri ilə daşınıb.
“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,8% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,2% təşkil edib”, - məlumatda qeyd olunub.
Məlumata görə, 2022-ci ilin yanvar ayında nəqliyyatçılar 113,2 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 86,5%-i avtomobil nəqliyyatı, 13,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:00 / 16.02.2022
Azərbaycanda yük və sərnişin daşımaları artıb
Hazırda oxunan: Azərbaycanda yük və sərnişin daşımaları artıb
Hazırda oxunan: Azərbaycanda yük və sərnişin daşımaları artıb
60471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.