Ötən ay ölkəmizdə elektrik enerjisinin istehsalı 8% artıb

Ötən ay ölkəmizdə elektrik enerjisinin istehsalı 8% artıb

Hazırda oxunan: Ötən ay ölkəmizdə elektrik enerjisinin istehsalı 8% artıb

0:00
0:00
60464

Bu ilin yanvar ayında Azərbaycanda 2 406,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 8,1% çoxdur.

Bizim.Media-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 2 340 mln. kVt-saat təşkil edib (+8,6%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 2 254,7 mln. kVt-saat istilik (+9%), 75,3 mln. kVt-saat su elektrik (+0,4%) stansiyaların payına düşüb.

İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda 25 958,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,5% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 25 163,5 mln. kVt-saat təşkil edib (+8,4%).
Ötən il ölkədə istehsal edilən elektrik enerjinin 23 776,4 mln. kVt-saat istilik (+7,9%), 1 243,9 mln. kVt-saat su elektrik (+19,8%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO