“Azərenerji”nin elektrik stansiyaları istehsalı artırıldı

“Azərenerji”nin elektrik stansiyaları istehsalı artırıldı

Hazırda oxunan: “Azərenerji”nin elektrik stansiyaları istehsalı artırıldı

60264

2021-ci ildə “Azərenerji” ASC-nin elektrik stansiyaları 25,037 milyard kilovatt-saat, o cümlədən istilik elektrik stansiyalarında 23,904 milyard kilovatt-saat, su elektrik stansiyalarında 1,133 milyard kilovatt-saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, “Azərenerji”nin elektrik stansiyaları 2020-ci illə müqayisədə elektrik enerjisi istehsalını 8,7 faiz artırıb.

Hesabata əsasən, 2021-ci ildə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 451 milyon kilovatt-saat (İES-lərdə 269,5 mln. kVt·st, SESlərdə 130,3 mln. kVt·st, Günəş ES-də 51,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 2,3 milyard kVt·st telektrik enerjisi istehsal edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO