Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % artaraq 580,7 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 30,5 % artaraq 200,6 milyon ABŞ dolları olub.
Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 4,3 dəfə, pambıq ipliyin ixrac dəyəri 2,6 dəfə, bitki-heyvan mənşəli piylər və yağların ixrac dəyəri 2,1 dəfə, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri 34,7 %, pambıq lifinin ixrac dəyəri 33,3 %, meyvə-tərəvəzin ixrac dəyəri 32,7 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri 10,9 %, çayın ixrac dəyəri isə 5,1 % artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 34,6 % artaraq 160,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 22 % artaraq 52,5 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 31,2 % artaraq 213,4 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media





























































































