Kənd təsərrüfatında çalışan işçilərin SAYI AÇIQLANDI

Kənd təsərrüfatında çalışan işçilərin SAYI AÇIQLANDI

Hazırda oxunan: Kənd təsərrüfatında çalışan işçilərin SAYI AÇIQLANDI

600898

“Hazırda kənd təsərrüfatında 1 milyon 782 min işçi çalışır. İşçi sayına görə kənd təsərrüfatı ən çox məşğulluq yaradan sektor hesab olunur. Sektoral say baxımdan ikinci ən çox işçi qüvvəsinin çalışdığı ticarət, nəqliyyat vasitələrinin təmiri cəmi 715 min vətəndaşımız məşğuldur. Məşğul əhalinin 35.4 faizinin kənd təsərrüfatında çalışmasına baxmayaraq bu sektorun ÜDM-də payı cəmi 5.9 faizdir. 2025-ci ildə kənd təsərrüfatında 7 milyard 616 milyon manatlıq dəyər yaradılıb. Ümumi iqtisadiyyatda hər məşğul işçi başına düşən illik iqtisadi dəyər 25 min 671 manat olsa da, kənd təsərrüfatında bu göstərici cəmi 4 min 273 manatdır”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin Aqrar siyasət komitəsində “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.

O bildirib ki, süni intellektin kənd təsərrüfatında tətbiqi səbəblərindən biri də inkişaf etmiş ölkələrdə və eləcə də bir sıra inkişaf etmiş dövlətlərdə kənd təsərrüfatında işçi qüvvəsi çatışmazlığıdır:

“Məsələn, bu rəqəm əksər inkişaf etmiş dövlətlərdə 2 faizədəkdir, Rusiyada 5, Polşada isə 6 faizdir. Ekosistemi yaxın olan Qazaxıstanda 11, qardaş Türkiyədə 14 faizdir. Niderlanda məşğul əhalinin 2 faizi kənd təsərrüfatında çalışsa da, 2025-ci ildə bu ölkənin aqrar ixracatı 137.5 milyard avro olub. Məşğul əhalinin üçdə birinin çoxunun çalışdığı Azərbaycanda aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 2025-ci ildə 1,3 milyard dollar olub. Azərbaycanda istehsal və ixrac imkanlarının artırılması və qeyd edilən fərqlərin azaldılması üçün məhz süni intelektdən daha sıx şəkildə istifadə vacibdir”.

Deputat qeyd edib ki, süni intelektdən və ya rəqəmsal həllərdən istifadə nəticə deyil, vasitədir:

“Nəticə konkret iqtisadi dəyərlə ifadə olunur. Eləcə də, kənd təsərrüfatı sektorunda yaranan dəyərin hansı hissəsinin süni intelekt və ya rəqəmsal həllərin tətbiqi nəticəsində əldə edilməsinin də hesablanmasına ehtiyac var. Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar sektorda yaradılan dəyər 4.7  milyard dollar intervalında qiymətləndirilir. 2035-ci ilədək isə 46.6 milyard dollara çatacağı proqnozlaşdırılır. Azərbaycanda hələ süni intelektin sektorial yaratdığı dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın tətbiqi çox vacibdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO