Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun HƏCMİ ARTDI - Bir nəfərə 922 manat düşür 

Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun HƏCMİ ARTDI - Bir nəfərə 922 manat düşür 

Hazırda oxunan: Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun HƏCMİ ARTDI - Bir nəfərə 922 manat düşür 

60067

Bu ilin yanvar ayında Azərbaycanda 9 257,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri neft-qaz sektorunda isə 8,8 % artıb.

ÜDM istehsalının 54,4 %i sənaye, 8,4 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,0 %i tikinti, 2,4 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %i informasiya və rabitə, 1,0 %i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 %i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 %ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO