Azərbaycanda vergi inzibatçılığı üzrə hədəflər açıqlandı

Azərbaycanda vergi inzibatçılığı üzrə hədəflər açıqlandı

Hazırda oxunan: Azərbaycanda vergi inzibatçılığı üzrə hədəflər açıqlandı

599831

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi inzibatçılığının daha da modernləşdirilməsi üçün gələcək strateji istiqamətləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə rəisi Günay Mahmudova bu gün Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, əsas məqsəd vergi sistemində rəqəmsallaşmanı genişləndirmək və vergi ödəyiciləri üçün prosesləri daha sadə və şəffaf etməkdir:

"Əsas hədəflərdən biri ƏDV bəyannaməsinin avtomatik doldurulması mexanizminin tətbiqidir. Bu sistemin mərhələli şəkildə digər vergi bəyannamələrinə də şamil olunması planlaşdırılır. Bundan başqa, vergi inzibatçılığında süni intellektə əsaslanan risk analizi sistemləri də tətbiq ediləcək. Bu yanaşma mümkün risklərin daha operativ müəyyən edilməsinə və nəzarətin effektivliyinin artırılmasına xidmət edəcək.
 

Eyni zamanda, ənənəvi vergi nəzarəti proseslərinin avtomatlaşdırılmış sistemlərlə əvəz olunması nəzərdə tutulur".


DVX rəsmisi əlavə edib ki, vergi ödəyicilərinin qanunvericiliyə riayət etməsini asanlaşdırmaq üçün yeni rəqəmsal alətlər də tətbiq ediləcək.

"Bu addımlar vergi sistemində şəffaflığın və xidmət keyfiyyətinin artırılmasına yönəlib", - G. Mahmudova qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO