Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Hazırda oxunan: Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

596057

Dünya bazarında taxta materiallarının qiyməti artmaqda davam edir. Fyuçerslərə görə hazırda kubmetr üçün qiymət təxminən 252 ABŞ dolları səviyyəsindədir.

Qiymət artımı əsasən məhdud təklif və yaz mövsümünə hazırlıq ilə izah olunur. Şimali Amerikada zavodlarda istehsalın azaldılması və bağlanmalar, Britaniya Kolumbiyasının bəzi bölgələrində xammal çatışmazlığı bazarda təklifi aşağı salıb. Nəticədə, taxta ehtiyatları mövsüm üçün normal səviyyədən aşağıdır və qiymətlərin yüksəlməsi davam edə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Tikinti materialları bu qədər bahalaşacaq


Məlumdur ki, Azərbaycana taxta materialları tam olaraq xaricdən gətirilir. Ona görə də Beynəlxalq bazarda taxtanın qiymətinin artması bizim daxili bazarımıza da təsirsiz qala bilməz.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, son dövrlərdə dünya bazarında taxtanın bahalaşması əsasən tikinti sektorunda tələbatın artması, logistika xərclərinin yüksəlməsi və bəzi ölkələrdə istehsalın azalması ilə bağlıdır:

“Xüsusilə Avropa İttifaqı ölkələrində və ABŞ-da tikinti layihələrinin artması qlobal qiymətlərə təsir göstərir. Bu bahalaşma ölkəmizə də müəyyən dərəcədə təsir edə bilər. Əgər taxta və taxta məmulatlarının əsas hissəsi idxal olunursa, dünya qiymətlərinin artması daxili bazarda da qiymətlərin yüksəlməsinə səbəb olacaq. Bu isə tikinti materiallarının, mebel istehsalının və ümumilikdə tikinti sektorunda xərclərin artması deməkdir. Nəticədə yeni tikililərin maya dəyəri yüksələ, mənzil və təmir qiymətlərində artım müşahidə oluna bilər.

Digər tərəfdən, əgər yerli istehsal güclənərsə və daxili tələbatın böyük hissəsi yerli mənbələr hesabına ödənilərsə, təsir nisbətən zəif ola bilər.
 

Lakin hətta bu halda belə, idxal olunan xammal, avadanlıq və ya alternativ materialların bahalaşması dolayı təsir yarada bilər.


Ümumilikdə, təsirin səviyyəsi ölkənin idxaldan asılılıq dərəcəsindən, yerli istehsal imkanlarından və dövlətin qiymət artımına qarşı tətbiq etdiyi iqtisadi tədbirlərdən asılı olacaq. Məsələn, qiymət artımının təsiri güclü olarsa, bu seqment idxal rüsumlarından azad edilə, yerli taxta istehsalçılarına dəstək verilə bilər və s. Əks-təqdirdə biz mart ayından başlayaraq taxta məhsullarının bahalaşmasının şahidi olacağıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO