Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın HƏCMİ

Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın HƏCMİ

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın HƏCMİ

0:00
0:00
59604

Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 658,1 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 11,1 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,7 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 474,9 milyon manatı və ya 72,2 faizi məhsul istehsalı sahələrinə, 125,0 milyon manatı (19,0 faizi) xidmət sahələrinə, 58,2 milyon manatı (8,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 362,0 milyon manatını və ya 55,0 faizini daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 399,6 milyon manatı və ya 60,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 83,1 faiz, əhalinin şəxsi vəsaitləri 9,6 faiz, büdcə vəsaitləri 3,5 faiz, sair vəsaitlər 3,1 faiz, bank kreditləri isə 0,7 faiz təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO