ABŞ İranla ticarət edən ölkələrə əlavə rüsum tətbiq edəcək – Siyahıda Azərbaycanın da adı var?

ABŞ İranla ticarət edən ölkələrə əlavə rüsum tətbiq edəcək – Siyahıda Azərbaycanın da adı var?

Hazırda oxunan: ABŞ İranla ticarət edən ölkələrə əlavə rüsum tətbiq edəcək – Siyahıda Azərbaycanın da adı var?

594923

İranla ticarət aparan ölkələrə ABŞ bazarında 25 faizə qədər əlavə gömrük rüsumu tətbiq ediləcək.

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən belə bir qərar bu gündən qüvvəyə minib.
 

Beləliklə bir sıra ölkələr sanksiya riski ilə üz-üzə qalıb. Ağ Evin yaydığı açıqlamada bildirilir ki, İran rəhbərliyinin fəaliyyətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün “qeyri-adi və fövqəladə təhdid” yaratmağa davam edir.


Sərəncama əsasən, İrandan birbaşa və ya dolayı yolla məhsul və ya xidmət alan ölkələrdən ABŞ-a idxal olunan məhsullar üçün əlavə gömrük rüsumu tətbiq oluna bilər.

ABŞ Ticarət Nazirliyi ilə Dövlət Departamenti birgə işləyərək İranla ticarət aparan ölkələrin siyahısını müəyyən edəcək. Hazırda İranla ticari əməkdaşlıq edən ölkələr arasında Azərbaycan da daxil olmaqla, Çin, BƏƏ, Hindistan, Pakistan, Türkiyə, Cənubi Koreya, Almaniya və Yaponiya var.
 

Qiymətləndirmə aparıldıqdan sonra bu ölkələrin məhsullarına rüsum tətbiq edilib-edilməməsi və rüsumun həcmi ilə bağlı ABŞ prezidentinə tövsiyələr təqdim olunacaq. Həmçinin, İranın və ya müvafiq ölkələrin atacağı addımlardan asılı olaraq prezidentin sərəncamında dəyişiklik etmək səlahiyyəti olacaq.


Qeyd edilir ki, ABŞ Dövlət və Ticarət nazirlikləri İran və onunla ticari əməkdaşlıq edən ölkələr arasındakı iqtisadi münasibətləri yaxından izləyəcək və zəruri hallarda əlavə tədbirlər təklif edəcək. Sərəncam bu gün, yəni 7 fevral 2026-cı il tarixindən etibarən qüvvəyə minib.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO