Azərbaycana idxal olunan mobil telefonların maya dəyəri artıb - VİDEO

Azərbaycana idxal olunan mobil telefonların maya dəyəri artıb - VİDEO

Hazırda oxunan: Azərbaycana idxal olunan mobil telefonların maya dəyəri artıb - VİDEO

594908

Ölkəyə idxal olunan bəzi mobil telefonların maya dəyəri dəfələrlə artıb.

Bizim.Media xəbər verir ki, mobil telefonların idxalı ilə məşğul olan Aqşin Məmmədzadənin sözlərinə görə, illərdir bu işi görür. Lakin bu il qüvvəyə minən qanun işləri bir az qəlizləşdirib.
 

Belə ki, əvvəl 8 manat 50 qəpiyə alınan düyməli mobil telefonun qiyməti gömrük və aksiz vergisi ilə birlikdə 15-16 manata başa gəlirdi. Qanunda olan yeni dəyişiklikdən sonra bu qiymət 40 manatı ötür.


Aqşin Məmmədzadənin sözlərinə görə, qanundakı dəyişiklik dəyəri 200 manatdan aşağı olan mobil telefonların satış qiymətinə ciddi təsir edir. Bu səbəbdən də 20 manat tarifi və ƏDV-nin telefonların qiymət bölgüsünə görə hesablanması daha məqsədəuyğun olardı.

Sahibkarın fikri ilə bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənmək mümkün olmayıb. (Mənbə:Xəzər TV)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO