"Azərbaycan Dəmir Yolları" sərnişin daşımalarını 33% artırıb

Hazırda oxunan: "Azərbaycan Dəmir Yolları" sərnişin daşımalarını 33% artırıb

59459

2021-ci ildə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC 2 826 092 sərnişin daşıyıb.

Bizim.Media quruma istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 33 % çoxdur.

Ötən il sərnişin daşımalarının 97,2%-i və yaxud 2 746 748 nəfəri Bakı-Sumqayıt elektrik qatarlarının payına düşüb. Bu, əvvəlki illə müqayisədə 51,1% çoxdur.

İl ərzində koronavirus (COVID-19) pandemiyasına görə beynəlxalq sərnişin daşımaları 100% azalıb, daxili sərnişin daşımaları isə 71 ,3 % azalaraq 79 344 nəfər təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO