SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

Hazırda oxunan: SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

594141

SOCAR-ın vitse-prezidentləri Anar Məmmədovun və Babək Hüseynovun iştirakı ilə “Yokogawa Europe B.V.” şirkətinin prezidenti, “Yokogawa Electric Corporation”ın vitse-prezidenti və Avropa, Rusiya və MDB üzrə regional baş icraçı direktoru Seita Hagihara ilə görüş keçirilib.

SOCAR-dan Bizim.Media-ya verilən məlumata görə, görüşdə ötən ilin sentyabrında Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası çərçivəsində əldə olunan razılaşmaların icrası istiqamətində atılan addımlar məmnunluqla qeyd olunub.
 

Söhbət zamanı tərəflər SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında enerji sahəsində qarşılıqlı maraq doğuran istiqamətləri nəzərdən keçirib, o cümlədən “downstream” və “upstream” sahələrində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.


Görüş çərçivəsində tərəflər arasında potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO