Minimum əməkhaqqı ilə bağlı YENİLİK

Minimum əməkhaqqı ilə bağlı YENİLİK

Hazırda oxunan: Minimum əməkhaqqı ilə bağlı YENİLİK

594050

Minimum əməkhaqqının məbləğinə ən azı ildə bir dəfə baxılacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əks olunub.
 

Layihəyə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.


Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırda ölkədə minimum əmək haqqının məbləği 400 AZN-dir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO