2008 böhranını təxmin edən iqtisadçı: "Dollar çökəcək, yerini qızıl tutacaq"

2008 böhranını təxmin edən iqtisadçı: "Dollar çökəcək, yerini qızıl tutacaq"

Hazırda oxunan: 2008 böhranını təxmin edən iqtisadçı: "Dollar çökəcək, yerini qızıl tutacaq"

593586

Piter Şiff qlobal iqtisadiyyatın 2008-ci ildəkindən qat-qat ağır bir böhrana sürükləndiyini iddia edir. Onun fikrincə, hazırkı vəziyyət fonunda 2008-ci il böhranı "məktəbli pikniki" kimi görünəcək.

Bizim.Media xəbər verir ki, Şiff bildirir ki, qızıl və gümüş qiymətlərinin ard-arda rekord qırması qlobal bazarlarda böyük bir qırılmanın xəbərçisidir. 

Bu yüksəliş investorların və mərkəzi bankların mövcud sistemə olan inamının sarsıldığını göstərir.

İqtisadçının sözlərinə görə, dünya mərkəzi bankları artıq ABŞ dollarından və ABŞ xəzinə istiqrazlarından uzaqlaşmağa başlayıblar. Bunun əvəzinə öz valyutalarını dəstəkləmək üçün ehtiyatlarına sürətlə qızıl əlavə edirlər. Bu tendensiya dolların "rezerv valyuta" statusunun təhlükədə olduğunu göstərir.

Şiff ABŞ-nin istehsaldan uzaqlaşıb yalnız istehlaka söykənən bir modelə sıxılıb qaldığını tənqid edir:
 

"Dünyadan asılıyıq. İstehsal etmədiyimiz malları bizə onlar verir, yığa bilmədiyimiz pulu bizə onlar borc verir. Dünya iqtisadiyyatı bizim sayəmizdə deyil, bizim iqtisadiyyatımız dünyanın sayəsində ayaqda qalır. İndi isə dünya ABŞ-nin ayağının altından xalçanı çəkir."


Məşhur iqtisadçı iddia edir ki, dolların rezerv valyuta kimi dövrü başa çatır. O, yaxın gələcəkdə dolların dəyərini itirəcəyini və beynəlxalq ticarətdə, eləcə də yığım vasitəsi kimi qızılın yenidən mərkəzi rola sahib olacağını proqnozlaşdırır. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO