“TEKNOFEST”dǝ Azərbaycandan gözləntilərimiz böyükdür” - Səlcuq Bayrakdar 

“TEKNOFEST”dǝ Azərbaycandan gözləntilərimiz böyükdür” - Səlcuq Bayrakdar 

Hazırda oxunan: “TEKNOFEST”dǝ Azərbaycandan gözləntilərimiz böyükdür” - Səlcuq Bayrakdar 

59173

Bu gün Bakıda "Xaricdə yaşayan türklər və əqrəba icmalar ilə iş üzrə Baş İdarəsi"ndə (YTB) başqan Abdullah Eren və Səlcuq Bayrakdarın Azərbaycanlı Türkiyə Məzunları ilə görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, Abdullah Eren çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətləri inkişaf etdirməyin önəmli yollarından birinin də elmi inkişafa dəyər qatan gənclərin olduğunu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycana hər cür dəstək verməyə hazırıq” - Səlcuq Bayrakdardan “TEKNOFEST" açıqlaması 


O əlavə edib ki, təhsil əlaqələrinin, mədəniyyət və texnologiya münasibətlərini daha da möhkəmləndirmək ücün bu cür tədbirlərin sayını artırılmalıdır. 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 26-29 may tarixlərində Bakıda keçiriləcək “TEKNOFEST” festivalının önəmini qeyd edib. Türkiyənin texnologiyada yenilik yaratdıgını, bunda isə Bayrakdar ailəsinin böyük rolu olduğunu söyləyib.  

Şəhid ailələrini salamlayaraq sözlərinə başlayan Səlcuq Bayrakdar xaricdə təşkil olunan ilk “TEKNOFEST”in səfərinin Azərbaycan olduğunu, bunun isə Azərbaycan texnologiyasına və hava sənayesinə ugur qatacagını qeyd edib: 

“TEKNOFEST”dǝ Azərbaycandan gözləntilərimiz böyükdür. Texnologiya sahəsində hər iki ölkənin uğurlar əldə edəcəyinə inanırıq. Dünyaya bizim gənclərimizin texnologiya sahəsində ən yaxşıları edə biləcəyini göstərmək istəyirik. Texnologiya inkişafı çox mühüm məsələdir. Yaşadığımız dünyada müstəqil və rifah içində yaşamaq üçün texnologiyanın inkişafına ehtiyacımız var. “TEKNOFEST”in bir ünsürü də gənclərimizə bu reallığı göstərə bilməkdir”.  

S. Bayrakdar hava nəqliyyatının tarixindən bəhs edən videoçarxla birlikdə, Bayraktar, Akıncı pilotsuz uçuş aparatlarından, bu sahədə ilk başladıgı illərdəki çətin anları və ilk pilotsuz uçuş aparatının (PUA) uğurlu addımlarından danışdı.

Qarabagda pilotsuz hava aparatlarının uğurlarından danışaraq, gələcəkdə bu nəqliyyatı daha da inkişaf edəcəyini qeyd edib. Xüsusilə, Qarabağ müharibəsində PUA-ların dünyaya səs saldığını, daha çox tanındığını qeyd etdi.  


Gələcəkdə dünyada döyüş təyyarələrinin pilotsuz olacağını diqqətə çatdıran Səlcuq Bayrakdar gənclərin 17 fevral tarixinə kimi “TEKNOFEST”ə müraciət edə biləcəklərini vurğulayıb.  

Şahnaz, Bizim.Media












 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO