“Fitch

“Fitch" “Cənub Qaz Dəhlizi”nin reytinqini TƏSDİQLƏDİ 

Hazırda oxunan: “Fitch" “Cənub Qaz Dəhlizi”nin reytinqini TƏSDİQLƏDİ 

59033

“Fitch" beynəlxlaq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib. 

Bizim.Media agentliyə istinadən xəbər verir ki, reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacağını, Azərbaycan Respublikasının tam təminatlı (BB+/Stabil) 2 milyard ABŞ dolları məbləğində avrobondlara dair dəyişməz mövqeyini əks etdirir. 

"Azərbaycan hökuməti SGC-nin istiqraz sahiblərinə tam və vaxtında geriyə ödəniş təminatı verdiyi üçün qiymətli kağızların reytinqi Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi ilə eyniləşdirilib.
İstiqraz sahibləri SGC-yə qarşı hüquqi tədbir görmədən birbaşa dövlətə qarşı iddialarını təmin edə bilərlər.

Zəmanət, ingilis qanunları ilə tənzimlənir və bütün digər təminatsız xarici suveren borclarla eyni səviyyədədir. Tarixən, 2016-2020-ci illərdə dövlət büdcələrində zəmanət üçün ehtiyatlar ayrılıb və biz bu təcrübənin davam edəcəyini gözləyirik", - deyə agentliyin məlumatında qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO