Vüqar Bayramovdan Avropa İttifaqının ayırdığı 2 milyard avro haqda AÇIQLAMA

Vüqar Bayramovdan Avropa İttifaqının ayırdığı 2 milyard avro haqda AÇIQLAMA

Hazırda oxunan: Vüqar Bayramovdan Avropa İttifaqının ayırdığı 2 milyard avro haqda AÇIQLAMA

0:00
0:00
58864

Azərbaycan Avropa İttifaqı ilə iqtisadi əlaqələrini daha da  genişləndirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov öz sosial şəbəkə profilində məlumat paylaşıb.

O bildirib ki, İttifaqın genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyinin Bakıya səfəri zamanı announsu verilən əməkdaşlıq istiqamətlərdən biri də İqtisadi Sərmayə Planı çərçivəsində Azərbaycana investisiya qoyluşlarının artırılması ilə bağlı oldu.

“Plan Azərbaycan və xüsusən ölkədə özəl sektor üçün yeni sərmayə imkanları deməkdir. Bura iqtisadiyyatın şaxələnməsi daxil olmaqla yaşıl iqtisadiyyatın və kommunikasiyaların inkişafı kimi layihələr daxildir. Artıq planın icrasına başlanılıb. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) aqrar biznesin və bölgələrdə fəaliyyət göstərən Kiçik və Orta Müəssisələrin dəstəklənməsi üçün 12 milyon avro vəsait ayırır. Birlik ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı baxımından digər mühim məqam Avropa İttifaqının ölkəmizə 2 milyard avroluq maliyyə paketinin ayırması ilə bağlı qərarıdır” – deyə millət vəkili bildirib.

Vüqar Bayramov həm də iki milyard avronun da hansı layihəyə ayrılması məsələsinə aydınlıq gətirib.  

“2 milyard avro hansı layihələrə ayrılacaq? İttifaq bu məsələyə də aydınlıq gətirib.

Belə ki, vəsait kiçik və orta biznesə, habelə tədqiqat və inkişafa dəstək, suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar kimi sahələrə ayrılacaq. Vəsait konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Avropa İttifaqı rəsmillərinin son səfərində əldə edilən uğurlu nəticələr ittifaq ilə Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına səbəb ola bilər.

500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından da vacibdir.

İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır.

Bütövlükdə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalana biləcək” – deyə, Vüqar Bayramov qeyd edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO