“Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı Avropaya qaz nəqlinin artırılmasını müzakirə etməyə imkan verir”.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson deyib.
Onun sözlərinə görə, tədarük həcmləri ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur. Bununla belə, o bildirib ki, ümumilikdə, o cümlədən Azərbaycan tərəfdən həcmlərin artırılması üçün müəyyən addımlar atıla bilər.
MÖVZU İLƏ BAĞLI:
Cənub Qaz Dəhlizi Azərbaycanın valyuta gəlirlərini artıracaq – 100 milyard dollardan artıq qazanc…
“Hazırda bizim fəaliyyətdə olan boru xəttimiz var, lakin o, yalnız yayın əvvələrində tam gücü ilə işə salınacaq. Onun vasitəsilə Avropaya 10 milyard kubmetr qaz nəql etmək mümkün olacaq”, - o bildirib.
Xatırladaq ki, fevralın 4-ü Bakıda SGC Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də toplantıda iştirak edib.
Bizim.Media