Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

Hazırda oxunan: Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

587063

Yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçi arasında bağlanan müqavilədə gəlirlərin bölüşdürülməsi qaydaları göstəriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, yaradılan ixtira barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək.

Xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədən müəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) apardığı fundamental və tətbiqi tədqiqatlar, təcrübi işləmələr və innovativ layihələr nəticəsində yaratdığı ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasında bağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa, işəgötürənə mənsubdur.
 

Tərəflər arasında bağlanılmış müqavilədə royalti şəklində əldə edilən gəlirlərin bölüşdürülməsi qaydaları göstərilməlidir.


Royalti şəklində əldə edilən gəlirdən ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması və qüvvədə saxlanılması üçün işəgötürən tərəfindən həmin gəlirin əldə edildiyi tarixədək çəkilmiş bu Qanunun 39-cu maddəsində göstərilən xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizi müəllifə (və ya müəlliflərə) ödənilir, digər hissəsi isə ixtira, faydalı model və ya sənaye nümunəsinin yaradıldığı işəgötürənin müvafiq struktur bölmələri arasında bölüşdürülür, habelə innovativ fəaliyyətin inkişafına yönəldilir.

İşəgötürən ixtira, faydalı model və ya sənaye nümunəsi üçün alınmış patentin qüvvədə saxlanılmaması barədə qərar qəbul etdikdə müəllif (müəlliflər) hüquqlarının özgəninkiləşdirilməsi haqqında müqavilə üzrə müstəsna hüququn ona verilməsini tələb edə bilər.

Əgər müstəsna hüquqların verilməsi işəgötürənin xarici hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərini pozarsa, bu halda işəgötürən hüquqların verilməsindən imtina edə bilər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO