Bakıda əhaliyə 13 milyardlıq ərzaq, içki və siqaret satılıb

Bakıda əhaliyə 13 milyardlıq ərzaq, içki və siqaret satılıb

Hazırda oxunan: Bakıda əhaliyə 13 milyardlıq ərzaq, içki və siqaret satılıb

0:00
0:00
58698

Ötən ilin yanvar-dekabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 25 milyard 648,9 milyon manat olub.

Bizim.Media Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 4,2 faiz artım deməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu məhsullar bahalaşdı - Baş nazir açıqladı


Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 13 milyard 388,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4 faiz artaraq 12 milyard 260,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO